F-1.az xatırladır ki, almaniyalı sürücü Formula2-dəki ilk qələbəsini 2019-cu ildə bu trasda qazanmışdı.
Mik Şumaxer: “Macarıstanda güclü ola bilərik. Keçən il burada yaxşı performans göstərmişdik. Bu trasda özümü rahat hiss edirəm. Əla ab hava var. Məncə, bolidimiz güclü olacaq.
Bütün diqqətimi bu yarışa vermişəm. Formula2 və Formula3-də bu trasda yarışmaqdan həzz alırdım. Oraya qayıtmağı səbirsizliklə gözləyirəm”.