M.Şumaxer gələn həftə testlərdə iştirak edəcək

İspaniya Qran Prisindən sonra Pirelli Ferrari və Mercedes ilə birlikdə 2024-cü il mövsümünə hazırlıq məqsədilə iki günlük təkər sınaqları keçirəcək.

F-1.az Almaniyanın Bild nəşrinə istinadən xəbər verir ki, çərşənbə günü ehtiyat sürücü Mik Şumaxer Mercedes-i idarə edəcək. Bu, Mikin əsl Mercedes W14 maşınını sınaqdan keçirmək üçün ilk fürsəti olacaq.

Bu il Mik Şumaxer bütün Qran Prilərdə iştirak edir və lazım gələrsə, komandanın əsas sürücülərindən birini əvəz etməyə hazırdır. Avropa mərhələlərində Mik cümə günləri də simulyatorda işləyir, komandaya optimal parametrlərin axtarışında kömək edir və şənbə səhəri trasa gəlir”.

Xatırladaq ki, gənc sürücü Haas-dakı əsas sürcü yerini itirdikdən sonra Mercedes-in ehtiyat sürücüsü olub. Toto Vollfun onun üçün boş qoltuq axtardığı, hətta Loqan Sarcentin əvəzinə Williams-da yarışdırmağa çalışdığı bildirilir…

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*