F-1.az xəbər verir ki, Mixael Şumaxerin meneceri Sabine Kem Mikin gələcəyi barədə danışıb: “Mik hazırda Almaniya və İtaliya Formula4 seriyalarında yarışır. Atacağımız növbəti addım Formula3-ə keçmək olacaq. Yaxın zamanlarda bu məsələdə bəzi irəliləyişlər olacaq”.
Balaca Şumaxer Almaniya Qran Prisində Hokkenhaymrinqdə olub. O, əvvəlcə Mercedes AMG, sonra isə Ferrari-nin boksuna baş çəkib. Toto Volff onun haqqında bunları deyib: “Mik olduqca xoş təsir bağışlayan bir gəncdir. Yaxşı bir dostdur və çox sadədir. Onda bir gəncdə olmalı olan hər şey var”.