F-1.az xəbər verir ki, Mik Ferrari-nin Sürücü Akademiyasına qoşulub.
Gənc pilotun Formula4-də mübarizəyə davam edəcəyi gözlənilirdi, amma Ferrari-nin tərkibində olan Prema Racing komandasının Sabine Kem ilə aparılan danışıqların Mikin Formula3-də mübarizə aparması üçün olduğu bildirilib. O, noyabr ayında Prema Racing komandasının Formula3 bolidini test etmişdi.
Qeyd edək ki, Mik Şumaxer keçən mövsüm Formula4-də Van Amersfoort Racing komandasının pilotu olub. 22 yarışda 1 qələbə qazanan Mik mövsümü 10-cu yerdə başa vurub.