F-1.az xatırladır ki, əfsanəvi sürücünün oğlu üçün Ferrari və Mercedes komandaları elçi düşüblər. İtaliya mətbuatı xəbər verir ki, 19 yaşlı sürücü “qırmızılar”ı seçib.
Xatırladaq ki, Mikin atası Mixael 7 çempionluqdan 5-ni Ferrari-də qazanmışdı və idmanın ən böyük əfsanəsinə çevrilmişdi.
Bəzi iddialara əsasən, Mik bu il Toro Rosso ilə Formula1-də debüt etməli idi. Lakin almaniyalı sürücü Prema komandası ilə Formula2-də yarışmağı seçib. Qeyd edək ki, daha əvvəl Esteban Okon, Antonio Covinatsi və Şarl Lekler kimi sürücülər Formula2 seriyasında Prema komandası ilə yarışıblar.