F-1.az xatırladır ki, Formula3 üzrə Dünya Çempionu Bəhreyndəki mövsümiçi testlərin ilk günündə Ferrari ilə, ikinci günündə isə Alfa Romeo ilə testlərə çıxıb. Beləliklə, 20 yaşlı sürücü müasir Formula1 bolidlərini ilk dəfə sürüb.
Mik Şumaxer: “Bolid döngədən çıxarkən çox yaxşı sürətlənir. Amma diqqətli olmalısınız. Belə etməsəniz, 1000 at qüvvəsindən güclü olan maşınlar sizin üçün təhlükəyə çevrilə bilər”.