F-1.az xatırladır ki, almaniyalı sürücü 4 il idi ki, Ferrari Sürücü Akademiyasında idi və artıq tərəflər arasındakı müqavilə sona çatır.
Bəzi söz-söhbətlərə görə Mik mövsüm sonunda Haas-dan da ayrılacaq və yerini ya Rikkardoya ya da Covinatziyə verəcək.
Xatırladaq ki, əfsanəvi Mixael Şumaxerin oğlu Mik gözləntiləri qarşılaya bilməyib və bu mövsüm 14 yarışda 12 xal toplayıb. Buna görə də Ferrari onunla bağlı planlarını ləğv edib.