F-1.az xatırladır ki, almaniyalı sürücü hazırda Mercedes-in üçüncü pilotudur. Bu isə o deməkdir ki, o aktiv yarışa bilməyəcək və ancaq Simulyatorda işləyəcək.
Mik Şumaxer: “Formula1-dən başqa yerdə yarışmaq istəmirəm. Ən yaxşı şeyi gördükdən sonra pis şey istəmirsiniz. 2023-cü ildə əksər yarışlarda yarışmaq üçün hazır olacam. Beləliklə, 2024-cü ildə qayıda bilərəm. Hədəfim budur”.