M.Şumaxer əsas yarışda podiumsuz qalıb

Mik Şumaxer üçün İtaliyanın Formula4 çempionatı iki qələbə ilə başlasa da, əsas yarışda yeddiqat dünya çempionunun oğlu podiumsuz qalıb...

F-1.az çempionatın rəsmi saytına istinadən bildirir ki, Rimini şəhəri yaxınlığındakı trasda iştirak etmək üçün 41 gənc sürücü bir araya gəlib – iştirakçıların çoxluğunu görən təşkilatçılar xüsusi yarış sxemi tətbiq etməyə məcbur olublar: iştirakçılar üç qrupa bölünüblər (A, B və C qrupları) və hər dəfə iki qrupun iştirak etdiyi 3 yarış keçiriblər (şənbə günü əvvəlcə A və B qrupları, sonra B və C qrupları, bazar günü səhər isə A və C qrupları yarışıblar). Sonra ən yaxşı nəticə göstərənlər həftəsonunun əsas yarışında starta çıxıblar.

Biz dünən xəbər vermişdik ki, Mik şənbə günü baş tutan hər iki yarışda podiumun zirvəsinə qalxmışdı. Ona görə də 17 yaşlı gənc sürücü əsas yarışda pouldan start almaq şansı əldə etmişdi. Amma yarışın startı tam fərqli ssenari üzrə cərəyan edib.

Prema komandasının sürücüsü startda ləngiyib, yerindən güclə tərpənib və ilk döngəyə 17-ci girib. Bundan sonra trasa toplaşanlar Mixael Şumaxerin 2006-cı ilin Braziliya Qran Prisindəki irəliləyişini xatırladan bir yarış izləyiblər. Mik yarışı da atasının o yarışda tutduğu yerdə – 4-cü yerdə baaş vurub. Əsas yarışın qalibi isə argentinalı Markos Zibert olub.

Çempionatın növbəti yarışı may ayının ortalarında Adriyada baş tutacaq…

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*