F-1.az xəbər verir ki, gənc Mik 2024-cü ildə peletonda yer alacağına əmin deyil.
Mik Şumaxer: “Aydındır ki, 2024-cü ildə əsas sürcü olacağıma heç bir zəmanət yoxdur. Amma buna baxmayaraq, mən rahatam, çünki öyrənə biləcəyimi hiss edirəm. Maşını sürməsəm də, bu ildən maksimum yararlana bilərəm.
Amma aşağı seriayalarda, eləcə də Formula1-də göstərdiyim nəticələri nəzərə alsaq, əminəm ki, hələ çox imkanlarım olacaq”.