F-1.az xatırladır ki, almaniyalı sürücü son yarışında Latifi ilə təmas edib və cərimələnib. Nəticədə isə 16-cı yeri tutub.
Mik Şumaxer: “Yeni bolidləri sürəndə ətrafı görmək çətin olur. Bolid, təkərlər və sükanı görürsünüz. Deyəsən Latifinin əyləcləri boşaldı və tras xaricinə çıxdıqdan sonra yenidən qayıtdı. Onu gözləmirdim. Əsəbpozucu təmas idi. Təmasdan sonra bir neçə dövrə vursam da, təkərlər yeyilmişdi. Çox pis yarış oldu”.