F-1.az xatırladır ki, Haas komandası bu il xal uğrunda mübarizə aparsa da, bəzi yarışlarda ya texniki problemlərə görə ya da strateji səhvlərə görə xalsız qalıblar.
Mik Şumaxer: “İnterlaqos çox düzgün və sığallı trasdır. Buranı sevirəm. Formula1 simulyatorunda sürdüyüm ilk tras idi. Burada yarışmağı sevirəm.
Braziliyada bacardıqca yaxşı həftəsonu keçirməli və bütün fürsətlərdən maksimum faydalanmalıyıq. Braziliyada həmişə özümü yaxşı hiss etmişəm. Buna görə də yarış üçün səbirsizlənirəm.
Çempionatda sıx mübatizə gedir. Çox diqqətli davransanız, xal qazana bilməzsiniz. Komandaya xal gətirmək üçün hər fürsətdən istifadə etməliyik”.