F-1.az xatırladır ki, almaniyalı sürücü yarışa 12-ci yerdən başlayıb və startda Maqnussenlə Rikkardonun insidentindən sonra 10-cu yerə yüksəlib. Buna baxmayaraq, o yerini qoruya bilməyib. Bu bəs deyilmiş kimi yarışın sonlarında Qasli ilə 11-ci yer uğrunda mabarizə apararkən saydpodunu zədələyib və 13-cü pilləyə geriləyib.
Əfsanəvi Mixael Şumaxerin oğlu yay tətilindən sonra xal ala bilməyən yeganə pilotdur.
Mik Şumaxer: “Bu il mənim ilim deyildi. Bir yarış qaldı və əlimizdən gələni edəcəyik. Bütün mövsüm belə keçdi. Heç nə əldə edə bilmədik. Heç bir şey bizdən asılı deyildi.
Alphatauri-ni arxamda tutmaq istəsəm də, saydpodumu zədələdim”.