F-1.az xatırladır ki, almaniyalı sürücü Saxirdə ilk dəfə Ferrari ilə Formula1 həyəcanı yaşayıb. Lakin 20 yaşlı sürücü yağışa görə çox dövrə vura bilməyib.
Mik Şumaxer: “Özümü yaxşı hiss etdim. İlk dövrələri vurmaq və komandanın mənimlə birgə işləməsi çox gözəl idi. Özümü evimdəki kimi hiss etdim.
Trasa çıxanda və qaza basanda başqa dünyaya düşdüm. Bu bolidin gücü də, potensialı da çoxdur. Əyləcə gec bassanız da, bolid olduğu kimi qalır. Çox dəlisov təcrübə idi. Trasa hər çıxanda yeni bir şey öyrəndim. Hər şeyə yaxşı nəzarət etdik. Uşaqlar mənə ehtiyacım olan məlumatları verdilər”.