F-1.az xatırladır ki, almaniyalı sürücü keçən il Formula3-də Dünya Çempionu olaraq Forula2-yə yüksəlib. Autobild nəşrinin yazdığı xəbərə əsasən, 20 yaşlı sürücü aprelin ilk günlərində keçiriləcək Bəhreyn testlərində iştirak edəcək. Qeyd edək ki, Mik bu həftəsonu Bəhreyndə Formula2-dəki ilk yarışına çıxacaq. Şumaxerin Formula1-də yarışmaq üçün lazımi super lisenziyası var.
M.Şumaxer Bəhreyn testlərində çıxış edəcək?
Prema komandası ilə Formula2-də debüt etməyə hazırlaşan Mik Şumaxer gələn həftə Bəhreyndə keçiriləcək mövsümiçi testlərində Alfa Romeo ilə trasa çıxa bilər.