F-1.az xatırladır ki, almaniyalı sürücü bu il hələ də xal qazana bilməyib və Monakoda ilk dəfə komanda yoldaşı Mazepinə uduzub.
Mik Şumaxer: “Monako yarışı çox çətin keçdi. Bəzi səbəblərə görə bolidə güvənə bilmədim, amma sükan arxasında rahat idim. Orada tempimiz pis deyildi. Rəqiblərimizlə mübarizə apara bilirdik.
Bakı isə Monakodan çox fərqlidir. Oradakı yarışı səbirsizliklə gözləyirəm. Bakıda gözəl tras var və 2019-cu ildə orada yarışmışdım. Yaxşı start alsanız, birinci döngəyə qədər olan uzun düzlükdə yerlər qazana bilərsiniz. Lakin startda xırda səhv etsəniz, startda çox yer itirəcəksiniz. Sıralanam turu Bakıda da çox vacibdir.
Bakıda ilk dəfə Formula1 bolidi sürəcəm və mənim üçün fərqli olacaq, çünki bu maşınlar Formula2-dən sürətlidir. Keçmişdə burada yaxşı performans göstərmişdim və podiuma yaxınıaşmışdım. Lakin şənbə günü mübarizəni dayandırmışdım və bazar günü beçinci olmuşdum. Bakıda hər şey ola bilər. Buradakı büttün fürsətlərdən istifadə etməliyik”.