F-1.az xəbər verir ki, Mik iki həftə sonra Belçika Qran Prisi ərəfəsində Spada nümayiş yürüşündə iştirak etməlidir. Yürüş Mixaelin Formula1-də ilk qələbəsinin 25-ci ildönümü münasibəti ilə təşkil olunacaq. Buna hazırlıq məqsədi ilə Mik atasının 6 dəfə qalib gəldiyi trasda Formula1 bolidini idarə edib.
1994-cü ildə bazası Enstounda yerləşən komanda tərəfindən hazırlanan maşın Mixaelin muzeyində saxlanılır və əlbəttə, Mik üçün istisna edilib. Mik Formula1 maşını ilə məşqlərini gizli edib, lakin Belçika mətbuatı bu barədə məlumat əldə edə bilib və DHnet.be resursu məlumatı yayıb.