M.Şumaxer: Atama söz verdim

Əfsanəvi Formula1 pilotu Mixael Şumaxerin oğlu Mik Şumaxer növbəti mövsümdə Formula1-də debüt etmək istəyir.

F-1.az xatırladır ki, almaniyalı sürücü hazırda Formula2-də birinci yerdədir və çempionatı ilk üçlükdə tamamlayacağı halda Formula1-də yarışmaq üçün super lisenziya ala biləcək.

Mik Şumaxer: “B planım yoxdur və olmayıb. B planınınız varsa, deməli A planını tətbiq etməyəcəksiniz. 11 yaşım olanda atamla Kerpendəki kartinq trasında idik. Gözlərimə baxıb məndən ciddən yarışmaq istədiyimi soruşdu. Mən isə ona demişdim ki, əsas məqsədim Formula1-də yarışmaqdır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*