F-1.az xatırladır ki, almaniyalı sürücü Şpilberqdəki yarışı 6-cı bitirərək, Silverstoun yarışından sonra yenidən xal qazanıb.
Mik Şumaxer: “Özümü yaxşı hiss edirəm. Özümə güvənirdim. Düzü, təkərlər ümid etdiyimiz kimi dözmədi. Buna görə də iki pit-stoplu strategiya seçdik. Lakin performansımız yaxşı idi. Həftəsonu başlayanda bunu istəyirdik və oldu. Davamlı xal almaq əladır. Komanda üçün əla nəticədir. İki maşınla da xal aldıq. Bunu gözləmirdik. Əla həftəsonu oldu”.