M.Şumaxer: 2024-cü ildə qayıdacam

Haas komandasının sabiq sürücüsü Mik Şumaxer 2024-ci il mövsümündə qayıdacağını düşünür.

F-1.az xatırladır ki, Haas komandası almaniyalı sürücünün səhvlərindən bezib və onunla müqavilə uzatmayıb. Yerinə isə daha təcrübəli Hülkenberqi gətirib. Bu isə o deməkdir ki, Mik gələn il peletonda olmayacaq.

Mik Şumaxer: “Əbu Dabidə mövsümün son yarışı kimi hiss etmirdim. Özümün son yarışım kimi də hiss etmədim. 2024-cü ildə qayıtmaq fikrim var. Düzdür, vəziyyət yaxşı deyil, amma əlimdən gələni edəcəm.

Sürətli olduğumu isbatladım. Əksəriyyət inkişafımdan razıdır”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*