Muhamməd bin Sulayem: “Formula1 avtomobil idmanının zirvəsidir. Burada həm mübahisə, həm də problem tapacaqsınız. Komandalar özlərini ən yaxşı həddə çatdırır və həmişə zirvəyə doğru yol tapmaq istəyirlər. Amma qaydalar olmadan yarışa bilməzsən və onları daima yeniləməlisən. Çünki əks halda hər şey nəzarətin olmadığı güləşə çevriləcəkdi.
FIA-nın qarşısında böyük bir vəzifə var idi – təkmilləşdirmə və yenilənmə. Telefon aləmində olduğu kimi. Onu yeniləməsən, geridə qalacaqsan. Komandalar və texnologiya inkişaf edir və biz nəinki onlarla ayaqlaşmalıyıq, həm də onları qabaqlamalıyıq”.