M.Sulayem: Bəziləri Red Bull-u “asmağımızı” istəyirdi

Beynəlxalq Avtomobil Federasiyasının FIA prezidenti Muhamməd bin Sulayem 2021-ci ildə büdcə limitini aşdığı üçün Red Bull-a verilən cərimədən danışıb.

F-1.az xatırladır ki, buna görə komanda 7 milyon avro cərimələnib və gələn mövsüm külək tunelində işləmə vaxtı azaldılıb.

Muhamməd bin Sulayem: “Məncə, Red Bull-a qarşı maliyyə və idman cəzası arasında lazımi balansı tapa bildik. Amma digər top komandalardan soruşsaq, çox yumşaq cəza seçdiyimizi deyəcəklər. Bəziləri qan istədi, Red Bull-u “asmağımızı” istədi. Amma biz ədalətli olmalıyıq. Yeganə səhv odur  ki, hesabatlar oktyabrda deyil, may ayında dərc edilməli idi. Ancaq bu ilk ildir, öyrənməyə davam edirik”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*