F-1.az xatırladır ki, M-Sport mövsümün ilk rallisi olan Monte Karloda Ott Tanak ilə beşinci olublar.
Riçard Millener: “Keçən il bu maşınları hamı ilk dəfə sürürdü və bu da hamı üçün şəraiti bərabərləşdirirdi. Bundan başqa keçən il tras şəraiti daha çətin idi. Bu il isə normal asfalt rallisini geridə qoyduq. Maşına hələ öyrəşməmiş sürücü çətinlik çəkə bilər. Ott isə bu maşınla 1 ya da 2 gün keçirmişdi.
Ottun həftəsonu ərzində performans əskikliyindən şikayət etməməsi yaxşı haldır. O maşını öz stilinə uyğunlaşdırmağa çalışır. Şassidə yeniliklər edə bilərik, amma əvvəlcə dəqiq məlumatlar toplamalıyıq. Tez reaksiya vernəməıiyik”.