F-1.az bildirir ki, Tanak dördüncü gün ilk etapda qalib gəlsə də, sonradan işlər onun üçün tərsinə dönüb. İkinci etapda mühərrik problemi yaşayan estoniyalı sürücü elə bu etapın 6-cı kilometrində yavaşlayıb və maşınını kənara çəkməli olub.
M-Sport Tanakın maşınındakı problemin təmirinin mümkün olmadığını və günü bağladığını bildirib. Qeyd edək ki, Dünya Çempionu bu il yaxşı performans göstərsə də, etibarsızlıq probleminə görə mübarizəni yarıda dayandırıb.
Tanak öz vətənindəki Rallidə də mühərrik dəyişdiyi üçün 5 dəqiqə zaman cəzası almış və Estoniyadakı Rallidə 8-ciliyə razı olmuşdu.
M-Sport-un problemləri Tanakla bitməyib. Komandanın digər sürücüsü Pyer-Lui Lyube də günü bağlamalı olub.
Fransalı sürücü üçüncü etampa bir döngəyə geniş trayektoriyadan daxil olaraq, qayaya çırpılıb və maşının sol arxa tərəfini ciddi formada zədələyib.
Komanda gənc sürücünün maşınını nəzərdən keçirdikdən sonra görüb ki, asılqan qırılıb.