M-Sport komandası Tanaka fokuslanacaq

M-Sport komandasının rəhbəri Malkolm Vilson bildirib ki, onlar bu il Mühəndislər Kubokuna yox, Tanakı çempion etməyə fokuslanacaqlar.

F-1.az xatırladır ki, M-Sport komandası sabiq sürücüsü Ott Tanakı Hyundai-dan alaraq, qış mövsümünün ən böyük transferini reallaşdırmışdı.

M-Sport keçən il iki maşınla tam, iki maşınla isə yarımmövsümlük mübarizə aparsa da, bu mövsüm cəmi 4 rallidə 3 maşından istifadə edəcək. Tanak və Lube bütün rallilərdə yarışacaqlar.

Malkolm Vilson: “Əlbəttə çempionluq uğrunda mübarizə aparmaq istəyirik. Buna görə də əksər rallilərdə iki maşınla mübarizə aparacağıq.

Düzünü desək, əlimizdən gələni edəcəyik ki, Tanak çempion olsun. Ona ən yaxşı fürsəti vermək istəyirik. İki maşın sürərək, ona daha çox test imkanı veririk.

Mühəndislər Kuboku üçün yarışmağa gücümüz və resursumuz yoxdur. Buna görə də hər şeyimizi Sürücülər Çempionluğu və qələbələr üçün xərcləyirik.

Yeni mövsüm üçün həyəcanlıyam. Gəncləşdim. Həm Ott, həm də Pyer-Lui yaxşı test keçirdilər və hər ikisi də xoşbəxtdirlər.

Görüləcək işlərimiz olsa da, heyətimiz cəsarətvericidir. Testlərə yaxşı başladıq və bu komandanın psixologiyası üçün yaxşı haldır. İlk yarış üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*