M-Sport 2023-cü il maşınını təqdim edib

M-Sport komandası 2023-cü ildə yarışacağı yeni Ford Puma-nı təqdim edib. Komanda rəng çalarında da dəyişiklik edib.

F-1.az xatırladır ki, M-Sport komandası bu il sürücü heyətini dəyişib. Onlar Dünya Çempionu Ott Tanakı transfer edib və potensiallı Pyer-Lui Lube ilə müqavilə bağlayıblar.

M-Sport komandası maşında da dəyişiklik edib. Onlar əvvəllər Ford Fiesta ilə yarışsalar da, bu ildən Ford Puma ilə mübarizə aparacaqlar.

Tanak karyerasına M-Sport-da başlamışdı. O daha sonra iki mövsüm Toyota-da, üç mövsüm isə Hyundai-da yarışıb. Lakin finlandiyalı sürücü Hyundai-la müqaviləsini vaxtından əvvəl ləğv edərək, yenidən M-Sport-a qayıdıb.

Lube isə 2022-ci ildə 7 yarışa çıxmışdı və yaxşı performans göstərmişdi. O, indi komandanın əsas sürücüsüdür. Üçüncü maşının sükanı arxasına isə xüsusi statusla yarışmağa hazırlaşan Jurden Serderidisdir.

Ön qapını yenə də Red Bull-un sponsor loqotipləri bəzəyir. Lakin komanda məhşur bənövşəyi rəng çalarını parlaq mavı və çəhrayıya dəyişib. Maşının kapotundakı Ford yazısı və ön qapının arxasındakı Castrol loqotipi də diqqəti cəlb edir.

Bundan başqa Tanak və Lube də artıq rəsmi olaraq Red Bull şirkətinin idmançıları sayılacaqlar.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*