M.Sörensen: “Lotus Karmen Xordaya güzəşt edir”

Danimarkalı Marko Sörensen hesab edir ki, Lotus komandası test sürücüsü Karmen Xordaya çox güzəşt edir...

F-1.az xatırladır ki, keçmiş GP3 sürücüsü olan Karmen Xorda keçən il Lotus-a developer pilot kimi transfer olmuşdu və bu xəbər F1 ictimaiyyətinin təəccübünə səbəb olmuşdu. Keçən ilin sonunda Lotus-u satın alıb idmana qayıdan Renault da Xordanı developer sürücü kimi komandada saxlayıb.

Komandanın eks test pilotu Marko Sörensen bu barədə fikirlərini bildirib: “Karmen simulyatorda məndən 12 saniyə zəif idi. Buna baxmayaraq, bütün mükafatları o aldı.

Son 2 ildə simulyatorda 60 gündən çox işlədim. Eynilə Maqnussenin McLaren-də etdiyi kimi. Bütün bunlara baxmayaraq, komandadan göndərilən də mən oldum”.

Danimarkalı sürücü Renault komandasının yeni pilot heyəti barədə də fikirlərini bildirib: “Maqnussen və Palmerin nəticələri çox yaxın olacaq. Amma mən düşünürəm ki, Kevin Palmerdən daha istedadlıdır”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*