F-1.az xatırladır ki, Alonso 2007-ci ildə McLaren komandasına transfer olunsa da, işlər istədiyi kimi getməmişdi və komandası ilə münasibətləri son həddə çatmışdı. Belə olan halda isə mövsümün sonunda Britaniya təmsilçisi ilə yollarını ayırmışdı.
Mark Sleyd: “Fernando ilə işləmək gözəl idi. O, heç vaxt təslim olmayan sürətli terminator idi. Bir yerdə işləyəndə Alonso yarışları qazanmaq üçün çox istəkli olurdu və bu gözəl idi.
2007-ci ildə problem daha çox komandada idi. Ab-hava çox pis idi və çətinlikləri artıran çox hadisə oldu. Komanda yaranan problemi daha yaxşı həll edə bilərdi. Bəzi şeylər düzgün işləmədi və titulu özümüz əldən verdik. Alonsonu düzgün dəstəkləsəydilər, 2007 və 2008-ci illərdə titullar əldə edərdi. Lakin olanlar oldu…”