M.Sleyd: Kimi sazlanma cəhətdən güclüdür

Haas komandasının mühəndisi Mark Sleyd bildirib ki, Rəykkönen sazlanma tapmaqda fenomendir.

F-1.az xatırladır ki, Sleyd daha əvvəl McLAren, Renault və Mercedes kimi komandalarda işləyib. O, Mika Həkkinen, Fernando Alonso, Mixael Şumaxer, Kimi Rəykkönen kimi sürücülərə mühəndislik edib.

Mark Sleyd: “Məncə, Kimi sazlanma cəhətdən ən güclü sürücüdür. O, çox güc lü idi. Dəyişiklikkırə yaxşı reaksiya verirdi. Nəyin yaxşı, nəyin pis olduğunu anlayırdı. Sizə yön göstərirdi

Bir şey tərs gedəndə anlayırdı. Nə olduğunu açqı deməzdi, amma yenidən bolidi yoxlayanda, görürdük ki, düz deyir. 2012-ci ildə Lotus ilə idmana qayıdanda çox sürətli idi. Onunla işləmək mənim üçün böyük şərəfdir. Çox güclü idi və çox işləyirdi”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*