M.Sleyd: “K.Rəykkönen yeni müqaviləyə layiq idi”

Kimi Rəykkönenin sabiq yarış mühəndisi Mark Sleyd bildirib ki, finlandiyalı sürücü yeni müqaviləyə layiq olub...

F-1.az xatırladır ki, Ferrari Karlos Sayns, Niko Hülkenberq, Valtteri Bottas və Serxio Peres kimi sürücülərlə maraqlansa da, Rəykkönen ilə müqaviləni daha bir il uzadıb.

Xatırladaq ki, Mark Sleyd McLaren və Lotus-da Rəykkönenin yarış mühəndisi olub və o bildirib ki, Rəykkönen yeni müqaviləyə layiq olub: “Yeni müqavilə heç kim üçün sürpriz deyil. Kiminin Sebastyan ilə arası yaxşıdır və müsbət aura Ferrari-yə yaxşı təsir edə bilər. Sürücü dəyişdirməyə qərar verən zaman daha yaxşı sürücü aldığınızdan əmin olmalısınız”.

Ferrari-nin və Kiminin keçmiş yarış mühəndisi Kris Dayer də eyni fikirdədir: “Kimini 9 ildir tanıyıram və onun sürüş tərzi dəyişməyib. Bolid onun üçün əlverişli olanda əla nəticələr alıb. Hazırda Ferrari-nin bolidi elə də mükəmməl deyil, amma Fettel ondan yaxşı nəticələr göstərmir”.

Komandanın daha bir keçmiş yarış mühəndisi Andrea Stella da Kimidən razıdır: “Kiminin yarışmasına təəccüblənmirəm. O mənim üçün yenə əvvəlki gücündədir. O, hələ də güclü yarış sürücüsüdür. O keçən ilə nisbətən çox inkişaf edib”.

, , , , , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*