M.Salo: “Williams tezliklə qərar verəcək”

Sergey Sirotkinin tərkibində olduğu SMP yarış proqramının rəhbəri Mika Salo bildirib ki, Williams komandası tezliklə qərarını açıqlayacaq.

F-1.az xatırladır ki, Kubitsa və Sirotkin noyabrda Williams komandası ilə testlərdə iştirak ediblər və son günlərdə yayılan xəbərlərə əsasən, britaniyalılar Kubitsadan imtina edərək Sirotkini seçiblər. Hətta bəzi iddialara əsasən, SMP qrupu Williams komandasına 15 milyon dollar ödəmə edib.

Mika Salo: “Vaxt gəlir. Kubitsa və Sirotkin arasında bir qərar olacaq. İkisi də testlərdə yaxşı iş gödülər. İndi Williams qərar verməlidir. Görək hansını seçirlər”.

, , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*