F-1.az xatırldır ki, Ləns Strollun 19, Sergey Sirotkinin isə 22 yaşı var – ona görə də Williams komandası peletonda ən gənc komanda statusunu alıb.
Mika Salo: “Williams tələsdi və qərar vermək üçün lazımi qədər düşünmədilər. Amma Sirotkin üçün Williams-dan yaxşı seçim ola bilməzdi. Uğurlu komandadır və gənc komanda yoldaşı olacaq. İkisi də uğura acdır və aralarında gözəl mübarizənin getməsini gözləyirəm. Sergey çox ağıllı sürücüdür. Ona sponsorlu sürücü deyirlər, lakin uğuruna kölgə salınmamalıdır. Onun yaxşı mühəndislik keyfiyyətləri var və Renault-da Formula1 bolidləri barədə çox şey öyrənib. İki sürücü də bir-birinə bənzəyir. Yarışlarda hər şeyi anlayacağıq. Williams mövsümün sürpriz komandası ola bilər”.