M.Salo: “Mercedes-in Bottasla birillik müqaviləsi maraqlıdır”

Sabiq Formula1 sürücüsü Mika Salo bildirib ki, Mercedes-in Bottasla birillik müqavilə bağlamasının səbəbini anlamayıb.

F-1.az xatırladır ki, Rosberq təqaüdə çıxdıqdan sonra Mercedes Bottası transfer etmək üçün Williams ilə danışıqlara başlamış və britaniyalılara mühərriklərin qiymətində endirim təklif etmişdi.

Həftənin birinci günü isə rəsmi açıqlama gəlib və Bottas rəsmən Mercedes-in sürücüsü olub.

Mercedes-in müqaviləni pozmaq üçün Williams-a hansı məbləği ödədiyi bilinmir, amma mühərriklərin qiymətində endirim etdiyi düşünülür.

Mika Salo: “Doğrudan da, qəribə həll yolu oldu. Arxasında nə olduğunu bilmirəm, amma birillik müqavilələr nadir hallarda olur. Bəlkə də, Mercedes Valtterinin performansından əmin olmaq istəyir. Valtteri bu iş üçün ən doğru seçimdir və bunu hamı bilir. Əgər qazana biləcəyi maşını olsa hər şey edə bilər. Əlbəttə, Mercedes onun üçün asan yer olmayacaq. Lyuis uzun illərdir ki, oradadır və hər şeyi bilir. Valtteri isə yenidir və işləri öyrənmək üçün vaxta ehtiyacı var. Bu, onun üçün çətin dövr olacaq. Güclü bolidi olsa belə, çempion olmaq üçün Həmiltonu məğlub etməlidir və bu asan deyil”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*