F-1.az xatırladır ki, Aston Martin 2023-cü il maşınını bu gün təqdim edəcək. Bəzi iddialara görə AMR23 yeniliklərdən bol olacaq və ilk 3 komandaya daha yaxın olacaq.
Mark Qrey: “Bu montajında işlədiyim 19-cu Formula1 bolididir. Ancaq öyrənməyə davam edirik, çünki davamlı olaraq problemlər yaşıyırıq və təcrübə qazandıqca bu problemləri daha asanlıqla anlayırıq.
Bəzən gecə yatağıma girəndə də , yata bilməyib layihə barədə düşünürəm. Şəxsən mən rahat yata bilmirəm, çünki həmişə önümüzdə qeyri-müəyyənlik olur.
Bolidin etibarlı olması üçün əlimizdən gələni edəcəyik. Lakin müəmmalar həmişə var və hər şeyə hazırlıqlı olmaq mümkün deyil”.