F-1.az xatırladır ki, Red Bull komandası bu mövsümə əsas favorit kimi başlasa da, Renault mühərriyinin zəifliyinə görə hazırda Ferrari və Mercedes-dən çox geridə qalır.
Mark Qallaher: “Red Bull komandası uzun müddətdir ki, Renault mühərriyindən narazıdır. Fransızlar əllərindən gələni etsələr də, öndəkilərə çatmaq mümkünsüzdür. Red Bull uzun illərdir ki, idmandadır və öz mühərriyini istehsal etməlidir. Başqa istehsalçıdan nəsə gözləyərək, mövsümün bitməsini gözləmək olmaz. Öz mühərrikləri ilə daha uğurlu nəticələrə imza ata bilərlər. Bu mövsüm Ferrari və Mercedes çox öndədirlər. Red Bull-un artıq şansı yoxdur. Amma növbədə 14 yarış var və görək necə olacaq”.