F-1.az xatırladır ki, portuqaliyalı sürücü keçən ilin sonunda KTM-dən ayrılaraq, RNF Aprilia-ya transfer olunub.
Migel Oliveyra: “Həmişə motosikletə uyğunlaşmaq istəyərsiniz və keçən il Aprilia-nı sürəndə buna ümid edirdim. Motosikletə minən kimi özümü yaxşı hiss etdim və indi arxayınlaşmamalıyıq.
Görüləsi çox iş var. Hədəflərdən biri mövsümə yaxşı başlamaqdır, amma hazırda yeni komanda, yeni sürücülər və yeni motosiklet olduğunu unutmamalıyıq.
Getdikcə tempimiz artacaq. Təbii ki, ilk yarışda Aleş və Maverikin tempində getsəm, yaxşı olacaq. Hədəflərdən biri baza komandasına yaxın olmaqdır”.