M.Oliveyra Mucelloda qayıtmaq istəyir

RNF Aprilia komandasının sürücüsü Migel Oliveira Mucelloda yarışmaq üçün tibbi müayinədən keçəcək. Komandanın digər sürücüsü Raul Fernandesin İtaliyada yarışacağı isə dəqiqdir.

F-1.az bildirir ki, Migel Oliveyra yaxşı performans göstərsə də, bəxti heç gətirmir. O, Portuqaliyada və Xeresdə öz səhvləri olmayan iki insidentə qarışmış və ikisində də zədələnmişdi. Buna görə də 5 yarışdan ikisini buraxmalı olmuşdu.

Lakin portuqaliyalı sürücü MotoGP-nin sürət məbədi sayılan Mucelloda yenidən yarışlara qayıtmaq istəyir.

Migel Oliveira: “Mucelloya getmək üçün səbirsizlənirəm. Hazırda belə çətin trasda MotoGP motosikleti ilə mübarizə aparıb-aparmamağım müəmmalıdır. Son bir neçə gündə sağaldığımı hiss edirəm. Ümid edirəm ki, bu hal trasa çıxmağıma və yaxşı performans göstərməyimə kömək edər. Əsas hədəfimiz budur. Motosikletlə daha çox təcrübəyə və daha çox yol qət etməyə ehtiyacım var, ancaq hazırda ən əsas hədəfim geri qayıtmaqdır. Mucelloya bu düşüncə ilə gedəcəm və ümid edirəm ki, yaxşı həftəsonu keçirərik. Bütün komandanı yenidən görmək üçün səbirsizlənirəm”.

,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*