F-1.az xatırladır ki, iki sürücü Portuqaliya yarışında insident yaşamış və Migel öz vətənindəki yarışdan vaxtında əvvəl çəkilməli olmuşdu. Portuqaliyalı sürücü bu qəzaya görə Argentina yarışında iştirak etməmişdi. Lakin onu bu həftə ABŞ yarışında görəcəyik.
Migel Oliveyra: “Məncə, Markla olan məsələni Portuqaliyada həll etdik. Məni tibbi mərkəzdə müayinə etməyə gəldi və üzr istədi. Bundan sonra söhbət mənim üçün bağlandı. Ümid edirəm ki, o da tamamilə sağalar və Xeresdə qayıdar”.