F-1.az xatırladır ki, portuqaliyalı sürücü 2019-cu ildə Tech3 KTM komandası ilə MotoGP-də etmiş və 2022-ci ilin sonunda ora ilə yollarını ayırmışdı. Tech3 onun əvəzinə Cek Milleri gətirib.
Oliveira dörd mövsümdə 5 qələbə qazanıb. Lakin o yenə də narazıdır.
Miqel Oliveyra: “Uğurlu dörd mövsüm geridə qaldı. Düzdür, işlər istədiyim kimi getmədi. 2019 və 2020-ci ildə yaşadığımız zədələr bizə baha başa gəldi. Yenə də yaxşı nəticələr qazandıq.
Komandaya qatıldığım ilk mövsümdən sonra motosiklet fərqli səviyyəyə gəldi. Buna görə inkişaf etdiyimizi düşünürəm. Lakin orada hədəflədiyim nəticələri qazana bilmədim. Buna görə ayrıldım”.