F-1.az xatırladır ki, portuqaliyalı sürücü Xeresdəki yarışın ilk dövrəsində Fabio Kuartararo ilə təmas yaşamış və qəza nəticəsində həm son çiyni çıxmış, həm də bədənində qırıqlar əmələ gəlmişdi. Buna görə də o, 12-14 may tarixində keçiriləcək Fransa Qran Prisinə qatılmayacaq. Onu Aprilianın test sürücüsü Lorenso Savadori əvəz edəcək.
Oliveyranın isə əməliyyata ehtiyacı olmasa da, həkimlər onu müşahidə altında saxlamaq istəyirlər. Onun fiziki vəziyyəti 9-11 iyunda keçiriləcək Mucello yarışından əvvəl yenidən dəyərləndiriləcək.
Beləliklə, portuqaliyalı sürücü bu mövsüm Argentinadan sonra Fransa Qran Prisini də kənardan izləyəcək.