M.Oliveyra da ABŞ-da yarışacaq

RNF Aprilia komandasının sürücüsü Migel Oliveyra bu həftəsonu Amerika Qran Prisində yarışacaq.

F-1.az xatırladır ki, portuqaliyalı sürücü Portimaodakı yarışın startında Mark Markeslə insident yaşamış və zədələnərək Argentina Qran Prisini buraxmalı olmuşdu. Lakin Oliveyra tibbi müayinədən keçmək üçün Ostinə uçub və testlərdən uğurla keçib. Onun cümə sərbəst yürüşlərinə qatılmasına icazə verilib.

Beləliklə, Xoan Mirdən sonra Migel Oliveyra da ABŞ-da sükan arxasına qayıtmış olacaq.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*