F-1.az xatırladır ki, portuqaliyalı sürücü mövsümün ilk yarışı Portimaoda rəqibi Markeslə təmas yaşamış və zədələnmişdi. Argentina yarışını buraxan Migel, COTA-da yenidən sükan arxasına qayıdıb və yarışı beşinci yerdə bitirib.
Migel Oliveyra: “Pis deyildi. Çətin yarış idi, çünki qəza etmək asan idi. Yenidən rəqabətədavamlı olduğum üçün sevincliyəm. Zədədən qayıdıb, sevmədiyim trasda belə nəticə qazanmaq kiçik qələbəyə bərabərdir. Beşincilik yaxşı nəticədir”.