M.Mosli yeni rəhbərlik barədə nə düşünür?

FİA-nın sabiq prezidenti Maks Mosli bildirib ki, Liberty Media şirkəti Ross Braunu transfer etməklə düzgün hərəkət edib və bunun faydasını görəcəklər.

F-1.az xatırladır ki, Liberty Media şirkəti Formula1-i aldıqdan sonra Braunu Formula1-ə idman rəhbəri təyin edib. Daha əvvəl Benetton, Ferrari, Honda və Mercedes kimi komandalarda işləmiş Braun yeni işinə həvəslə başlayıb.

1993-2009-cu illərdə FİA-nın prezidenti olmuş Maks Mosli bu təyinatdan razıdır: “Ross bu idmanı yaxşı tanıyan və nələrin Formula1-ə yardım edəcəyini bilən adamdır. Mükəmməl beyni var və bu işi sevərək edəcəyinə əminəm. Liberty Media yerini möhkəmləndirmək üçün Ross Braun ilə müqavilə bağladı və mükəmməl iş gördü”.

Mosli yeni reqlamenti də tənqid edib: “Məncə, idman yeni qaydalarla səhv yönə getdi. Daha az aerodinamika və daha artıq mexaniki asfaltla ilişmə edə bilərdilər. Amma bu dəyişikliklərin nəticəsini gözləyib, elə danışmaq lazımdır. Ümid edirəm ki, işlər yaxşı yöndə gedər”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*