M.Mosli niyə narazıdır?

Sabiq FİA prezidenti Maks Mosli bildirib ki, Liberty Media şirkəti Berni Ekklstounu vəzifədən uzaqlaşdıraraq səhv addım atıb.

F-1.az xatırladır ki, Liberty Media şirkəti Formula1-i satın aldıqdan sonra Berni Ekklstounu rəhbər vəzifəsindən uzaqlaşdıraraq, onun əvəzinə Çeys Keri, Şon Bratçes və Ross Braunu gətirmişdi.

Berni Ekklstounun yaxın dostlarından sayılan Maks Mosli bu barədə belə danışıb: “Liberty Media üçün çətin qərar olduğunu bilirəm. Amma Berninin sponsorlarla arası yaxşı idi və bundan istifadə etmək lazım idi. Bu vəzifəyə ətrafı olmayan bir adamı gətirmək doğru olmazdı. Berninin əlaqələrindən istifadə edib, Formula1-in çatışmayan digər yönləri ilə maraqlana bilərdilər. Yenə də qərarın doğruluğunu uzun müddətdə görəcəyik.

Formula1 Ekklstounun hər şeyidir. O aşağıdan zirvəyə öz gücü ilə gəlmiş adamdır. İnsanlar bunu bilməlidirlər ki, vaxtılə Ralli üzrə Dünya Çempionatının və 24 saatlıq Le Man marafonunun potensialı Formula1-dən böyük idi. Amma Berni təkbaşına onları qabaqlaya bildi”.

, , , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*