F-1.az bildirir ki, Maksın ölüm səbəbi hələ məlum deyil. O, Britaniya Faşistlər Birliyinin sabiq rəhbəri Osvol Moslinin oğlu idi. Maks əvvəllər həvəskar yarışçı olsa da, sonradan Formula1 komandalarından Marc Engineering-in ortağı olmuşdu. 1993-cü ildə FİA-nın prezidenti olan Maks, Berni Ekllstounla birgə idmanın inkişafında böyük rol oynadı.
Mosli 1994-cü ildə Sennanın ölümündən sonra avtoidmandakı təhlükəsizlik tədbirlərinin artırılmasında böyük rol oynamışdı. Bundan başqa, yol maşınlarında da Euro NCAP proqramını başlatmışdı…