F-1.az xatırladır ki, Fernando Alonso Avstraliya Qran Prisində 300 km/saatla Qutyerreslə toqquşaraq ağır qəzaya uğramış, qəzadan demək olar ki, yaralanmadan çıxmışdı.
Sabiq FİA rəhbəri, Formula1-də pilotların təhlükəsizliyi üçün uzun illər boyunca çox iş görmüş Maks Mosli qəzaya münasibətini bildirib: “Mən qəzanı geniş analiz etməmişəm. Amma belə qəzalar adətən olduqca ağır yaralanma və ya ölümlə nəticələnir. Fernando indi yaxşıdı, amma bu qəza 20 il əvvəl baş versəydi, vəziyyət başqa cür olardı.
Fernandonun o maşından düşərək yeridiyini gördüyümdə sevindim. Uzun illər göstərdiyim səylərimin nəticəsini görmək gözəldir…”
Avstraliya Qran Prisi, Yarış, 20.03.2016, Alonsonun qəzasıDünən Avstraliya Qran Prisinin yarışında baş vermiş ağır qəza – Fernando Alonso və Etseban Qutyerres
Posted by Formula1 Azərbaycanda on Bazar ertəsi, 21 Mart 2016