M.Masi təqvimlə bağlı sürprizlər vəd edib

FİA-nin yarış direktoru növbəti iki həftə ərzində builki təqvimin son hissəsinin açıqlanacağını bildirib.

F-1.az xatırladır ki, koronavirus pandemiyası üzündən mövsüm əvvəlcədən planlaşdırılmış təqvimə görə start götürə bilməmişdi. Liberty Media iyunun əvvəli yeni təqvimin ilk hissəsini, ondan sonrakı dövrdə isə növbəti 2 hissəsini açıqlamışdı. İlkin təqvimə görə çempionat noyabrda başa çatmalı idisə, indi son yarışın dekabrda keçirilməsi planlaşdırılır.

Maykl Masi: “Yarışlar üçün oktyabr ayından sonra hara gedəcəyimizlə bağlı təfərruatları hələ açıqlaya bilmərəm. Lakin növbəti iki həftə ərzində təqvim dəqiqləşəcək. Bəzi sürprizlər olacaq!”.

Formula1-in uzun fasilədən sonra Türkiyəyə qayıdacağı gözlənilir. Xeres trası barədə də şayiələr var. Son yarışlar isə Yaxın Şərqdə – Bəhreyn və Əbu Dabidə baş tutmalıdır…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*