M.Masi: Həftəsonu davam edəcək

FİA-nın yarış direktoru Maykl Masi bildirib ki, Serxio Peresin koronavirus testi pozitiv çıxsa da, Silverstoundakı həftəsonu davam edəcək.

F-1.az xatırladır ki, Serxio Peresin koronavirus testi pozitiv çıxıb və meksikalı sürücü özünü təcrid edib. Çeko növbəti iki yarışı buraxmalı olacaq. Racing Point onun əvəzinə sabiq sürücüsü Niko Hülkenberqi gətirib.

Maykl Masi: “Serxio hazırda FİA-nın tibbi personalının nəzarəti altında müalicə alır. Bütün tədbirlər görüləcək və ünsiyyətdə olduğu şəxslər karantinə alınacaq.

Həftəsonu davam edir. Komandaların ehtiyat sürücüləri var və onlardan birini yarışdıra bilərlər”.

, , , ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*