F-1.az bildirir ki, Araqon Qran Prisində yerli sürücü rekorda imza atıb – 1:47.117, mövsümün liderinə isə heç kim yaxınlaşa bilməyib.
İlk cərgəni Markesin həmyerliləri Maverik Vinyales və Xorxe Lorenso tamamlayıblar, ispaniyalı sürücülər poula müvafiq olaraq 0.631 və 0.661 saniyə uduzublar.
Sabahkı yarışın start düzlüyündə ilk qeyri-ispaniyalı sürücü isə Andrea Dovitsiozo olacaq. Ducatinin sürücüsü poula 0.702 saniyə uduzsa da, beşinci olmuş Kel Kratçlounu cəmi 0.024 saniyə qabaqlaya bilib. İlk altılığı isə çempionatın ən titullu sürücüsü Valentino Rossi tamamlayıb.
Yer | Sürücü | Komanda | Zaman | Fərq |
1 | Mark Markes | Repsol Honda Team | 1:47.117 | – |
2 | Maverik Vinyales | Team Suzuki ECSTAR | 1:47.748 | + 0:00.631 |
3 | Xorxe Lorenso | Movistar Yamaha MotoGP | 1:47.778 | + 0:00.661 |
4 | Andrea Dovitsiozo | Ducati Team | 1:47.819 | + 0:00.702 |
5 | Kel Kratçlou | LCR Honda | 1:47.843 | + 0:00.726 |
6 | Valentino Rossi | Movistar Yamaha MotoGP | 1:47.951 | + 0:00.834 |
7 | Dani Pedrosa | Repsol Honda Team | 1:48.017 | + 0:00.900 |
8 | Aleks Esparqaro | Team Suzuki ECSTAR | 1:48.230 | + 0:01.113 |
9 | Danilo Petruççi | Octo Pramac Yakhnich | 1:48.236 | + 0:01.119 |
10 | Skott Reddinq | Octo Pramac Yakhnich | 1:48.242 | + 0:01.125 |
11 | Pol Esparqaro | Monster Yamaha Tech 3 | 1:48.448 | + 0:01.331 |
12 | Ştefan Bradl | Aprilia Racing Team Gresini | 1:49.083 | + 0:01.966 |
13 | Hektor Barbera | Avintia Racing | 1:48.699 | + 0:01.582 |
14 | Alvaro Bautista | Aprilia Racing Team Gresini | 1:48.904 | + 0:01.787 |
15 | Yonni Hernandes | Pull & Bear Aspar Team | 1:48.954 | + 0:01.837 |
16 | Yucin Laverti | Pull & Bear Aspar Team | 1:49.052 | + 0:01.935 |
17 | Mikelle Pirro | Ducati Team | 1:49.139 | + 0:02.022 |
18 | Tito Rabat | Estrella Galicia 0.0 Marc VDS | 1:49.319 | + 0:02.202 |
19 | Niki Heyden | Estrella Galicia 0.0 Marc VDS | 1:49.490 | + 0:02.373 |
20 | Loris Baz | Avintia Racing | 1:49.841 | + 0:02.724 |
21 | Aleks Loyes | Monster Yamaha Tech 3 | – | – |