M.Markes Zarkoya əsəbidir

Honda komandasının sürücüsü Mark Markes ikinci sərbəst yürüşlərdə Yohan Zarko ilə yaşadığı insidentdə rəqibini günahkar görür.

F-1.az xatırladır ki, ispaniyalı sürücü Almaniyadakı ikinci sərbəst yürüşlərin sonunda sürətli dövrə vurmaq üçün trasa çıxıb. O, dövrəsinə başlayanda motosikletin idarəetməsini itirib və yerə yıxılıb. Qəza vaxtı pitdən trasa qayıdan Zarko rəqibi Markesi görməyib və buna görə də ispaniyalının motosikleti Yohanın motosikletinə çırpılıb. Bu da böyük qəzaya səbəb olub. Buna baxmayaraq, hər iki sürücü də yaralanmadan insidentdən qurtulub.

Səkkizqat Dünya Çempionu Mark Markes düşünür ki, Zarko pitdən çıxanda arxasına baxmalı idi: “Yohan ilə danışmalısınız. Bilirsiniz ki, səhv edəndə həmişə səhvimi qəbul edirəm. Amma bu dəfə əsəbiyəm, çünki qəzadan qaçmalı olan sürücü Yohandır. Pitdən çıxan sürücü arxasına baxmalıdır. Əgər arxanızdan biri gəlirsə, pit çıxışında gözləməlisiniz.

Trayektoriyadan kənarda durmağın mənası yoxdur. Keçmişdə gördüyünüz kimi o döngədə təkəri bloklamaq və qəza etmək çox asandır. O qəzadan yaralanmadan qurtulduğumuz üçün bəxtəvərik. Amma indidən insanlar mənim haqqımda təhlükəli olduğumu deyirlər. Əgər burada qəzadan qaça biləcək biri var idisə, o Yohandır, mən yox. Lakin qəza etdim və komandamdan üzr istəyirəm.

Bu gün əksər sürücülər qəza etdi və heç kim istəməz ki, qəzaya düşsün. Zarkonun yanına getdim və heç nə olmayıb. Bəxtimiz gətirdi”.

Mark Markes sessiyanın sonunda motosikletinə ort barmaq göstərib: “Kamera yaxşı tutub. O anda hadisə yeni baş vermişdi. Adrenalin çox yüksək idi. Çox sürətli döngədə qəza etməkdən son anda qurtuldum və adrenalin çox yüksək idi. Bədənimin reaksiyası da belə oldu. Sözün açığı, necə daha yavaş və yumşaq sürməyi anlamalıyıq. Beləliklə, bir də belə problemlər yaşamayacağıq”.

Qeyd edək ki, Mark Markes bu il çıxdığı üç yarışın üçündə də qəza edərək, mübarizəni vaxtından əvvəl dayandırıb. Digər Honda sürücüsü Xoan Mir isə bu il 12 dəfə qəzaya düşüb.

, ,

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*